Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edəcək

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun sentyabrın 21-də Qazax rayonunda nəzərdə tutulan Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşların qəbulu həmin tarixdə qeyd edilən bölgədə – Ağstafa rayonunda keçiriləcəkdir.

Ağstafa rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 2) keçiriləcək qəbulda həmin rayonların vətəndaşlarının ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar qəbula Şəmkir regional ədliyyə idarəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2; əlaqə telefonu: (02230) 5-48-81, (050) 396-91-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Ağstafa rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez