Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin sənədlərinin qəbulu başa çatır

Ədliyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, bəzi bölgələrdə yaradılması nəzərdə tutulmuş yeni "ASAN xidmət" mərkəzlərində təşkil olunacaq notariat kontorlarında, habelə hazırda Şirvan şəhəri, Beyləqan, Xaçmaz, Lənkəran, Salyan, Yevlax rayonlarında vakant olan notarius vəzifələrinin komplektləşdirilməsi məqsədilə elan edilmiş müsabiqə üzrə sənədlərin qəbulu müddəti cari ilin oktyabr ayının 1-dək davam edəcək.

“Notariat haqqında” Qanuna və “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”na əsasən toplanmış sənədlərin qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğu Nazirlikdə araşdırılaraq İxtisas Komissiyasına təqdim olunacaq.

Test imtahanının vaxtı və yeri barədə Ədliyyə Nazirliyinin İxtisas Komissiyası tərəfindən məlumat veriləcəkdir.

Əlavə məlumatları nazirliyin internet saytından (www.justice.gov.az), habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez