IMAGE

Azərbaycan ədliyyəsinin 100 illiyinə həsr olunmuş veloyürüş keçirilib

Noyabr 22-də Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi tamam olur. Ümummilli lider Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla hər il 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Yubiley münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Bakıda Ədliyyə Nazirliyinin əməkdaşlarından ibarət həvəskar velosipedçilərin iştirakı ilə yubileyə həsr olunmuş yürüş keçirilib.

Nazirliyin Penitensiar xidmətinin inzibati binasının önündən start götürən veloyürüş paytaxtın Zığ şossesi boyunca davam edib. Yürüşə qatılan velosipedçilər 25 kilometr məsafə qət ediblər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez