Azərbaycan Respublikası Ədliyyə Nazirliyi. ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi (Kredit 4209AZ)

"Qeyri-kommersiya hüquqi şəxslər" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin yaradılması və tətbiqi

MARAQLARIN İFADƏSİNƏ DAİR BİLDİRİŞ-No 4.1-CS-01-a

 

Maraqların İfadəsi üzrə Bildiriş 21 may 2007-ci il tarixində DG-market onlayn jurnalında bu layihə ilə əlaqədar olaraq dərc edilmiş Ümumi Satınalmalar üzrə Bildirişin davamıdır.

Azərbaycan Respublikası Hökuməti Beynəlxalq İnkişaf Assosiasiyasından "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar olaraq kredit almış və həmin kredit vəsaitlərinin bir hissəsinin məsləhətçi xidmətlərinin maliyyələşdirilməsinə yönəltmək niyyətindədir.

Xidmətlərə Azərbaycan Respublikasında fəaliyyət göstərən Qeyri-kommersiya hüquqi şəxslərin  (QHT) qeydiyyatı və idarəedilməsi üzrə məlumat bazasının təhlili, layihələndirilməsi və yaradılması daxildir. QKT-larının cari sayı təxminən 4000-dir və bu qurumlarla əlaqədar olan şəxslər haqqında məlumatların yaradılacaq məlumat bazası vasitəsilə idarə olunacağı gözlənilir. Xidmətlərə işçi heyətin təlimi (təxminən 80 nəfər üçün), sistemin sınaqdan keçirilməsi və onun Nazirlik tərəfindən texniki avadanlıqlarla təmin olunması daxildir.

Tapşırığın icra müddəti 6 aydır və işin icrasına təxminən 12 adam-ay tələb olunur.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məsləhətçiləri müsabiqədə iştirak edərək xidmətlərin göstərilməsinə marağını nümayiş etdirməyə dəvət edir. Maraq göstərən məsləhətçilər xidmətlərin göstərilməsi baxımından səriştəli olduqlarını sübut edən məlumatlar (broşurlar, oxşar tapşırıqların təsviri, oxşar fəaliyyətlərdə təcrübə, işçi heyətinin müvafiq bacarıqlara malik olması və s.) təqdim etməlidirlər. Məsləhətçilərin öz ixtisaslılığını yüksəltmək üçün əməkdaşlıq qurmasına icazə verilir.

Məsləhətçi Dünya Bankının təlimatlarında (cari nəşri): (Dünya Bankından kreditalanlar tərəfindən məsləhətçilərin seçimi və işə qəbuluna dair) göstərilmiş  prosedurlara uyğun olaraq seçiləcəkdir.

Maraq göstərən məsləhətçilər aşağıda göstərilmiş ünvandan əlavə məlumat əldə edə bilərlər.

İştirakçılar məlumatları 8 fevral 2010-cu il saat 18:00-dək aşağıdakı ünvana təqdim etməlidirlər.

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

"Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsi

AZ1073,İnşaatçılar prospekti 1, Bakı, Azərbaycan

Tel: (+99412) 510 85 59/60

Faks: (+99412) 510 76 72

Elektron poçt ünvanı: office_jmp@justice.gov.az; jmpofficeaze@yahoo.com

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez