20-11-2018 | 04:02 1577
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Əkbər oğlu Həsənova ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilsin.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına
III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:
Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Fazil oğlu Əbilova
Bələdiyyələrlə iş mərkəzinin rəisi Zahir Məmməd oğlu Əlizadəyə
İcra baş idarəsinin rəisi Nurəddin Yusif oğlu Mustafayevə.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti rəisinin müavinləri Məhərrəm Allahverdi oğlu Qafarova və Oqtay İlyas oğlu Məmmədova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2018-ci il.