Azərbaycan Respublikasının hakimlərinə və ədliyyə orqanları işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının məhkəmə və ədliyyə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar hüquqşünas”

Cavadov Fuad Musa oğlu

Mirzəliyev Əsəd Abdulla oğlu

Nəsibov Hafiz Qənbər oğlu

Zahirov Vilayət Həsən oğlu

“Əməkdar mühəndis”

Məmmədov Çingiz Ələddin oğlu

“Əməkdar həkim”

Qurbanov İftixar İlham oğlu

“Əməkdar tibb işçisi”

Əsgərov Səttar Ələsgər oğlu.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2018-ci il.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez