Ədliyyə Nazirliyində görüş

Ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Jozef Debono Qrex fevralın 11-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşlər.

Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığı qeyd edən nazir ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının uğurla davam etdiyini vurğulamış, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, hakimliyə namizədlərin tədrisi, inzibati məhkəmələrin yaradılması, habelə Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi izrə işlər barədə məlumat vermişdir.

Respublikamızda aparılan islahatlar barədə məlumatlı olduqlarını bildirən qonaqlar Ədliyyə Nazirliyi ilə səmərəli görüşlər keçirildiyini vurğulamış, ədliyyə və məhkəmə sahəsində görülmüş işləri maraqla qarşılamış, Avropa Şurası ilə qarşılıqlı fəaliyyətin genişləndirilməsinin əhəmiyyətini qeyd etmişlər.

Görüşdə qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquqları, məhkəmə qərarlarının icrası, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, yerlərdə hüquq təsisatlarının inkişafı, qeydiyyat və digər maraq doğuran məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez