Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə üzrə sənəd qəbulu yanvar ayının 21-də başa çatır

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbul üzrə dekabr ayının 20-dən etibarən elan olunmuş növbəti müsabiqədə iştirakla bağlı ərizə qəbulunun yanvar ayının 21-də başa çatdırılması qərara alınmışdır.

Xatırladılır ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak üçün müraciətlərin qəbulu “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə həyata keçirilir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.

Test imtahanının vaxtı, yeri və digər məsələlər barədə əlavə məlumat veriləcəkdir.

Müsabiqədə iştirak edən hüquqşünaslar test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Nazirliyin Ədliyyə Akademiyasında təşkil olunacaq ənənəvi hazırlıq kurslarında iştirakla bağlı birbaşa Nazirliyin Ədliyyə Akademiyasına müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: (012) 493-71-31).

Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, 537-05-90 nömrəli telefonlar vasitəsilə bütün suallarla bağlı operativ informasiya almaq olar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez