IMAGE

Penitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilmişdir

18.01.2019-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.

Müşavirədə Xidmətin Baş idarəsinin, eləcə də tabe qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak etmişlər.

Ədliyyə nazirinin müavini-Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov müşavirəni açaraq ötən il Penitensiar sahədə əldə olunmuş nailiyyətlər, həyata keçirilmiş mühüm yeniliklər və qarşıda duran hədəflər barədə ətraflı məlumat vermişdir. Nazir müavini hesabat dövründə cəza-icra fəaliyyətini tənzimləyən ölkə başçısının müvafiq fərman və sərəncamlarının, qanunvericilik aktlarının, eləcə də Nazirliyin kollegiya qərarlarında öz əksini tapmış tapşırıqların icrasının nəzarətdə saxlanıldığını, Baş idarənin, tabe qurumların maddi-texniki bazasının inkişafına, həbs edilmiş şəxslərin, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına, fəaliyyətin səmərəliliyinin artırılmasına, nizam-intizamın möhkəmləndirilməsinə, nöqsanların aradan qaldırılmasına xüsusi diqqət yetirildiyini bildirmişdir. Penitensiar xidmətin yüksək peşəkar kadr korpusunun formalaşdırılması, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və kadr işinin təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlərin 2018-ci ildə də davam etdirildiyi nəzərə çatdırılmışdır. Əsas diqqətin fəaliyyətdə şəffaflığın artırılmasına, korrupsiya və vəzifədən sui-istifadə kimi neqativ hallarla mübarizəyə yönəldildiyini bildirmişdir.


Nazir müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda qaldırılan məsələləri, o cümlədən ötən dövr ərzində ölkəmizin əldə etdiyi uğurlu nəticələri və aparılan iqtisadi islahatları müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır. Keçən ilin iqtisadi inkişaf baxımından uğurlu olduğu, şəffaflığı tam təmin etmək və xoşagəlməz hallara qarşı mübarizəni gücləndirmək istiqamətində mühüm addımlar atıldığı qeyd olunmuşdur.


Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov 2018-ci il ərzindəki fəaliyyətin yekunlarına dair hesabat məruzəsi ilə çıxış etmişdir. O qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 fevral 2017-ci il tarixdə imzalanmış “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın icrası davam etdirilmiş, qaldırılan məsələlərlə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra kompleks tədbirlər həyata keçirilmişdir.

11 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin seçkilərinin şəffaf və demokratik şəraitdə keçirilməsi tam təmin edilmiş, heç bir qanun pozuntusu qeydə alınmamışdır.

Əvvəlki illərdə olduğu kimi ölkə başçısının penitensiar sahədə həyata keçirilən humanist siyasəti davam etdirilmiş, 24 may tarixində 634 məhkumun, o cümlədən azadlıqdan məhrum etmə cəzasını çəkən 607 məhkumun əfv edilməsi ilə bağlı Sərəncam vaxtında və dürüst icra edilmişdir.


Dövlət başçısının təşəbbüsü ilə 20 oktyabr 2017-ci il tarixdə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı qəbul olunmuş Qanunun icrası ilə bağlı 2018-ci il ərzində penitensiar müəssisələrdə cəza çəkən 6011 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilmiş, 647 məhkum cəza çəkməkdən azad olunmuş, 2319 məhkumun cəza müddəti azaldılmış, 851 məhkumun cəzaçəkmə rejimi dəyişdirilmişdir.

Penitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilmişdirCəzadan şərti olaraq vaxtından əvvəl azad olunma, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi məqsədilə məhkəmələrə təqdim edilən sənədlərin hazırlanması işində mövcud nöqsanların aradan qaldırılması ilə bağlı ədliyyə naziri tərəfindən verilmiş tapşırıqların icrası üzrə tədbirlər davam etdirilmişdir. Yeni fəaliyyətə başlayan Komissiyanın artıq 24 iclası keçirilmiş, 818 məhkumun müraciətlərinə baxılmış və onlardan 363-nə müsbət rəy verilmişdir. Komissiyanın fəaliyyətinin təkmilləşdirilməsi və daha səmərəli təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

2018-ci il ərzində həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində həbs edilmiş şəxslərdən və məhkumlardan 1770 manat məbləğində pul, 96 mobil telefon, 139,327 qram narkotik və psixotrop maddələr aşkar edilərək götürülmüş və həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunmuşdur. 


Penitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilmişdirPenitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilmişdirDigər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 579 müxtəlif cinayətin üstünün açılmasına köməklik göstərilmişdir. Penitensiar xidmətin əməliyyat aparatının məlumatları əsasında daxili işlər orqanları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim edilmiş 7 ədəd odlu silah götürülərək aidiyyəti orqanlara təhvil verilmişdir.

Tərbiyə işinə, xüsusilə məhkumların asudə vaxtlarının səmərəli təşkilinə, onlarla sosial yönümlü işə aidiyyəti dövlət qurumlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının cəlb olunmasına xüsusi diqqət yetirilmişdir. Məhkumlarda qanuna itaətin həvəsləndirilməsi, tolerantlıq prinsipləri, birgəyaşayış ənənələrinə hörmət və ehtiramın formalaşdırılması istiqamətində seminar-treninqlər keçirilmişdir.

Hesabat dövründə Baş idarədə və tabe qurumlarda təmir-abadlıq işləri davam etdirilmişdir. Bir sıra müəssisələrdə təbii qazla təchizat problemi tamamilə həll edilmiş, işıq, qaz və su sərfiyyatında israfçılığa yol verilməmişdir.


Penitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilmişdirPenitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilmişdirMüşavirədə Penitensiar xidmətin cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilmişdir. 

Əməliyyat müşavirəsinin yekununda əldə olunan müsbət nailiyyətlərlə yanaşı, fəaliyyətdə nöqsan və çatışmazlıqların da mövcud olduğu qeyd edilmiş, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsi və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin həyata keçirilməsinə dair müvafiq tapşırıqlar verilmişdir.



İctimaiyyətlə əlaqələr şöbəsi

18.01.2018

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez