IMAGE

Gənclər günü Ədliyyə Nazirliyində qeyd olunub

Ədliyyə orqanlarında çalışan işçilərin böyük əksəriyyətini təşkil edən gənclərlə aparılan iş, onların qulluq keçməsi, layiqli dövlət qulluqçusu kimi formalaşması, bilik, bacarıq və potensialından səmərəli istifadə edilməsi məsələləri Nazirliyin rəhbərliyinin daim diqqət mərkəzində saxlanılır.

2 fevral - Azərbaycan Gəncləri Günü ərəfəsində 70-ə yaxın gənc hüquqşünas attestasiyadan keçirilərək ədliyyə orqanlarında daimi qulluğa qəbul edilmələri və onlara ilkin xüsusi rütbələrin verilməsi barədə müsbət qərarlar qəbul olunub, gənclərlə görüşlər keçirilib. Həmçinin nazirliyin muzeyləri ilə tanışlıq olub, foto-slaydlar nümayiş etdirilib.

Əlamətdar gün münasibətilə keçirilən tədbirlərdə ümummilli lider Heydər Əliyevin gənclərə diqqət və qayğısından bəhs olunub, Ulu Öndərin təməlini qoyduğu dövlət gənclər siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyi vurğulanıb, bu gün ölkəmizdə dövlətçilik amallarına, milli-mənəvi və bəşəri dəyərlərə sadiq Azərbaycan gəncliyinin formalaşdığı, onların cəmiyyətimizin fəal üzvlərinə çevrildiyi bildirilib.

Dövlət başçısının Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında çıxışı zamanı gənc nəslin peşəkar olması, milli və vətənpərvərlik ruhunda tərbiyə alması, xalqa və dövlətə bağlılığı, müstəqilliyimizin möhkəmləndirilməsi barədə tövsiyələri gənclərin diqqətinə çatdırılıb. Onların çalışdıqları ədliyyənin müxtəlif sahələri üzrə təşəbbüsləri, innovativ ideyaları və təklifləri dinlənilib, gənclərin uğurla fəaliyyət göstərəcəklərinə, müstəqil Azərbaycanımızın hərtərəfli inkişafı üçün sədaqətlə və əzmkarlıqla çalışacaqlarına əminlik ifadə olunub.


iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez