IMAGE

Xocalı soyqırımının 27-ci ildönümü ədliyyə orqanlarında yad edilib

İki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olan Xocalı faciəsindən 27 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçib, bütün beynəlxalq hüquq normalarını pozaraq, oraya zirehli texnika yeridib, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. Bu qanlı qırğın zamanı yüzlərlə insan qətlə yetirilib və ağır yaralanıb, mindən çoxu girov götürülüb.

Soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən xüsusi Sərəncam imzalanıb, ön sırasında dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın olduqları ümumxalq yürüşü keçirilib. Paytaxtın Azadlıq meydanından başlayan on minlərlə insanın qatıldığı yürüşün iştirakçıları, o cümlədən ədliyyə işçiləri Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Ədliyyə Nazirliyində və struktur qurumlarda keçirilmiş anım tədbirlərində Xocalı soyqırımının sülh və bəşəriyyət əleyhinə yönələn əməl olduğu və ən ağır beynəlxalq cinayət sayıldığı bildirilib, bu qanlı hadisəyə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi vurğulanıb.

Yığıncaqlarda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu kütləvi qırğının acı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması üzrə mühüm addımların atıldığı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə məqsədyönlü və ardıcıl tədbirlərin keçirildiyi, bu istiqamətdə "Xocalıya ədalət!" kampaniyasının önəmi xüsusilə qeyd edilib.

Nazirlikdə Xocalı soyqırımından bəhs edən müxtəlif dillərdə çap olunmuş nəşrlər, habelə kinozalda filmlər, foto və video materiallardan ibarət slaydlar nümayiş etdirilib, Ədliyyə Akademiyasında "Sülh və insanlıq əleyhinə cinayət törətmiş şəxslərin cəzalandırılması məsələləri" mövzusunda dəyirmi masa keçirilib.


iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez