12-02-2019 | 10:25 2505
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən fevralın 15-də Xaçmaz rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.
Xaçmaz regional ədliyyə idarəsində (ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti, bina 17) keçiriləcək qəbulda Xaçmaz, Quba və Qusar rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Vətəndaşlar qəbula Xaçmaz regional ədliyyə idarəsi (əlaqə telefonu: (02332) 5-18-88, 055 950-58-83), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.