IMAGE

Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib

Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fevralın 15-də ədliyyə naziri Fikrət Məmmədov Xaçmaz regional ədliyyə idarəsində Xaçmaz, Quba, Qusar və digər rayonlardan olan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl nazir və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Həmçinin rayonda mədəni-tarixi abidələrlə tanış olunub.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının işi ilə tanış olub, bu sahədə fəaliyyətə cəlb olunmuş gənc könüllülərlə görüşüb, ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib.

Nazir müşavirədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli, o cümlədən regionların sosial-iqtisadi tərəqqisini vurğulayıb, nazirliyin ötən ilki fəaliyyətinin yekunlarından bəhs edərək işin dövlət başçısının tələbləri səviyyəsində təkmilləşdirilməsi, o cümlədən innovativ metodlar tətbiq edilməklə səmərəli təşkili, könüllülük institutunun ədliyyə sahəsində daha geniş təşviqi, habelə vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tapşırıq və tövsiyələr verib, ölkə rəhbərinin 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər Dövlət Proqramı"nın icrası ilə bağı nazirliyin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib.

Eyni zamanda dövlət başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il dekabrın 28-də qəbul edilmiş Mülki Prosessual Məcəllədə və "Məhkəmələr və hakimlər haqqında" Qanunda əsaslı dəyişikliklər barədə yeni qanunların məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə, işin səmərəliliyinin və keyfiyyətinin artırılmasına, iş yükünün azaldılmasına, "elektron məhkəmə" sistemi geniş tətbiq olunmaqla işlərə daha operativ baxılmasına xidmət etdiyi qeyd olunub, qanunvericiliyin yeni müddəalarının dərindən öyrənilməsinin və düzgün tətbiqinin zəruriliyi bildirilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez