25-02-2010 | 04:02 1522
Avropa dövlətləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verilərək, Slovakiya Respublikası baş nazirinin müavini, ədliyyə naziri
Slovakiya Respublikasının Baş Prokurorluğunda görüş |
ötən ilin mayında Azərbaycana səfər etmiş, Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.
Qurulmuş əlaqələrin davamı olaraq, Slovakiya baş nazirinin yeni müavini, ədliyyə naziri xanım Viera Petrikovanın dəvətinə əsasən Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov nümayəndə heyəti ilə fevralın 22-25-də Slovakiyada rəsmi səfərdə olmuşdur. Ədliyyə naziri xanım V.Petrikova
Slovakiya Respublikasının Ali Məhkəməsində görüş |
ilə keçirilmiş səmimi görüşdə ölkələrimiz arasında hüquqi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğu vurğulanmışdır.
Görüşdə ədliyyə və məhkəmə fəaliyyətinə dair təcrübə mübadiləsi aparılaraq Azərbaycanda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı məhkəmə islahatı barədə məlumat verilmiş, Ədliyyə Akademiyasının fəaliyyəti, hakim və hakimliyə namizədlərin treninqi, məhkəmə qərarlarının icrası, inzibati ədliyyənin formalaşdırılması kimi aktual məsələlər müzakirə olunmuşdur.
Söhbət zamanı həmçinin, ötən həftə İsveçrədə keçirilmiş İnsan hüquqları üzrə Avropa Məhkəməsinin gələcəyinə
Slovakiya Respublikasının Ədliyyə Akademiyasında görüş |
həsr olunmuş ədliyyə nazirləri konfransının əhəmiyyəti, Avropa Məhkəməsinin səmərəsinin artırılması üçün hər bir dövlətin milli məhkəmə sistemlərinin daha da təkmilləşdirilməsinin vacibliyi qeyd edilmişdir.
Görüşdən sonra nazirlərin iştirakı ilə KİV nümayəndələri üçün brifinq keçirilərək ölkələrimizin hüquqi sahədə əlaqələrin inkişafına maraq bildirilmiş, Azərbaycanda məhkəmə və ədliyyə sisteminin müasirləşdirilməsi üzrə islahatlar barədə məlumat verilmişdir.
Səfər çərçivəsində Slovakiyanın Baş Prokuroru, Konstitusiya və Ali məhkəmələrinin rəhbərliyi ilə görüşlər keçirilmiş, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi, əməkdaşlıq məsələləri müzakirə olunmuş, faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır
Slovakiya Respublikasının 1-ci instansiya məhkəməsi ilə tanışlıq |
Ölkəmizdə Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi üzrə tədbirlərin görülməsi nəzərə alınaraq, Slovakiyanın Ədliyyə Akademiyasına baş çəkilmiş, onun fəaliyyəti ilə yaxından tanış olunmuşdur.
Azərbaycanda məhkəmə infrastrukturunun yaxşılaşdırılması üzrə görülən tədbirlərlə əlaqədar təcrübə mübadiləsi məqsədilə birinci instansiya məhkəmələrinin iş şəraiti ilə tanış olunmuş, hakimlərlə görüş keçirilərək məhkəmə sisteminin səmərəli fəaliyyətinə dair fikir mübadiləsi aparılmışdır.