IMAGE

Vətəndaşların bələdiyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib

Prezident İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, bu məqsədlə vətəndaşların bölgələrdə səyyar qəbulları aparılır.

Bununla bağlı nazirliyin rəhbərliyinin göstərişinə əsasən Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyələrin fəaliyyəti barədə müraciətlərin təhlili aparılaraq daha çox şikayət daxil olan rayonlar müəyyənləşdirilib və müvafiq qrafikə uyğun olaraq həmin rayonlarda vətəndaşların səyyar qəbulu davam etdirilir.

Cari ilin aprelində Mərkəzin rəhbərliyi tərəfindən İmişli və Lənkəran rayonlarında vətəndaşların qəbulu keçirilib. Qəbullar zamanı hər bir vətəndaş diqqətlə dinlənilərək müraciətlərində qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün nəzarətə götürülüb.

Həmçinin fəaliyyətindən daha çox narazılıq olan bələdiyyələrin sədrləri ilə İmişli və Lənkəran regional ədliyyə idarələrində müşavirələr keçirilib, vətəndaşların haqlı narazılığını doğuran səbəblər ətrafında müzakirələr aparılıb, müraciətlərə qayğı və həssaslıqla yanaşılaraq onlara qanunvericiliyin tələblərinə uyğun baxılmasının vacibliyi vurğulanıb. Bələdiyyələrin fəaliyyətində qanunçuluq və şəffaflığın təmin olunması ilə bağlı tövsiyələr verilib.

Regional ədliyyə idarələrinin əməkdaşları ilə keçirilmiş müşavirələrdə isə yerli özünüidarə sahəsində mövcud problemlərə toxunularaq bələdiyyələrin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi, onların hüquqi maarifləndirilməsi işinin və metodik köməkliyin gücləndirilməsi barədə müvafiq tapşırıqlar verilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez