12-03-2010 | 04:02 2082
Azərbaycan Respublikasının Prezidenti ir.
Fürsətdən istifadə edərək bildirirəm ki, hazırda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti sayca dördüncü müsabiqə elan olunaraq nazirlikdə sənədlərin qəbulu həyata keçirilir və gələcəyini ədliyyə orqanları ilə bağlamaq istəyən gəncləri bu müsabiqədə fəal iştirak etməyə dəvət edirəm.
Ötən il ədliyyə orqanlarında icra intizamının möhkəmləndirilməsi, işçilərin məsuliyyət hissinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilərək nazirlik və tabe qurumlar üzrə fəaliyyətində qanun pozuntuları və nöqsanlara yol vermiş 258 nəfər intizam məsuliyyətinə cəlb edilmişdir. Onlardan 24 nəfərin ədliyyə orqanlarından xaric edilməklə qulluq keçmələrinə xitam verilmiş, 22 nəfər isə tutduğu vəzifədən azad olunmuşdur.
Nazirliyin Ədliyyə Akademiyasının Nizamnaməsinə uyğun olaraq, onun strukturunda zəruri fakültələr və kafedralar təsis edilərək ilk dəfə ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən, habelə vəkilliyə namizədlərin peşə fəaliyyətinə buraxılmaları məqsədilə icbari təlimin, eləcə də hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin və hakimlərin davamlı tədrisinin keçirilməsi, həmçinin ali hüquq təhsili əsasında müxtəlif kateqoriyadan olan işçilərin peşə hazırlığının və ixtisasının artırılması qurumun qarşısında əsas vəzifə kimi müəyyən edilmişdir. Xatırladım ki, artıq 2009-cu ildə 50-ə yaxın namizəd Ədliyyə Akademiyasında ilkin olaraq icbari təlimə cəlb olunmuş və uğur qazananlar ədliyyə sahəsində peşə fəaliyyətinə buraxılmışlar.
Akademiyada ötən il 530-dan çox ədliyyə və məhkəmə işçisi, bələdiyyə üzvü və qulluqçuları, habelə digər hüquqşünaslar tədrisə cəlb edilmişlər. Hazırda bu tədris-elm müəssisəsinin potensialının möhkəmləndirilməsi istiqamətində nüfuzlu beynəlxalq təsisatlarla əməkdaşlıq həyata keçirilir.
"Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın qəbul edilməsindən artıq bir il keçir. Proqramın icrası üzrə 2009-cu ildə görülmüş işlər, qarşıya çıxan problemlər və onların həlli yolları, cari ildə yerinə yetirilməli tədbirlər bu ilin yanvar ayında nazirliyin kollegiya iclasında geniş müzakirə edilmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin ədliyyə orqanlarına göstərdiyi yüksək etimadın nümunəsi olan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin növbəti illərdə də vaxtında və keyfiyyətlə, dönmədən yerinə yetirilməsi ilə əlaqədar qarşımızda çox mühüm vəzifələr durur. Əminəm ki, bütövlükdə möhkəm ədliyyə sisteminin formalaşdırılmasına, qanunun aliliyinin təmin olunmasına və insan hüquqlarının etibarlı müdafiəsinə xidmət edən bu Proqramın icrasından gözlənilən nəticələri əldə edəcəyik.