IMAGE

Birləşmiş Krallığın ölkəmizdəki səfiri ilə Ədliyyə Nazirliyində görüş

Mayın 17-də Ədliyyə nazirinin müavini Toğrul Musayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Kerol Meri Kroftsu onun xahişi ilə qəbul edib.

Azərbaycan və Birləşmiş Krallıq arasında əlaqələrin inkişaf etdiyini bildirən nazir müavini ötən il Prezident İlham Əliyevin Böyük Britaniyaya səfərini xatırladıb, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin genişlənməsində əhəmiyyətini qeyd edib.

Ölkəmizdə intensiv məhkəmə-hüquq islahatlarının aparıldığı bildirilərək dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyəti və icrası üzrə görülən işlər barədə məlumat verilib, hüquqi sahədə qarşılıqlı fəaliyyətin geniş perspektivlərinin olduğu vurğulanıb.

Səfir Azərbaycanın qısa müddətdə sürətli inkişaf yolu keçdiyini və fəaliyyəti dövründə müsbət dəyişikliklərin şahidi olduğunu söyləyib, ölkəmizin dövlət başçısının Birləşmiş Krallığa səfərinin çox məhsuldar keçdiyini qeyd edib, əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişafında maraqlı olduğunu bildirərək, bu əlaqələrin "Breksit"dən sonra yeni mərhələyə yüksələcəyinə əminliyini ifadə edib, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Londonda keçiriləcək növbəti iclası ilə bağlı fikir mübadiləsi aparıb.

O, həmçinin, iqtisadi və digər sahələrdə islahatların uğurla aparıldığını qeyd edərək həyata keçirilən birgə layihələrdən söz açıb, ədliyyə sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı niyyətini bildirib.

Səmimi şəraitdə keçən görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez