25-06-2019 | 17:30 1934
Azərbaycan Respublikası Prezidentinin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq, vətəndaşların nazirlikdə, bölgələrdə və müasir İKT-lər tətbiq olunmaqla virtual qəbul məntəqələri vasitəsilə qəbuluna xüsusi önəm verilir.
Nazirliyin İcra baş idarəsinin rəhbərliyi tərəfindən Gəncə, Şirvan, Şəki və Xaçmaz regional ədliyyə idarələri ilə video-konfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün video-qəbul keçirilib.
Video-qəbulda vətəndaşların icra xidmətinin fəaliyyəti, o cümlədən məhkəmə qərarlarının icrası ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi elə yerindəcə həll olunub, qanunvericiliyin tələbləri ətraflı izah olunub, digər müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.