IMAGE

Ədliyyə naziri Sumqayıtda vətəndaşları qəbul edib

Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Dövlət başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyulun 4-də ədliyyə naziri Fikrət Məmmədov Sumqayıt şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər çərçivəsində nazir, həmçinin ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib.

Müşavirədə ədliyyə və məhkəmə fəaliyyətinin dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşdirilməsi ilə bağlı cari ildə görülmüş işlərə toxunulub, qarşıda duran vəzifələr müzakirə olunub, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tapşırıq və tövsiyələr verilib.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyətini qeyd edərək bu mühüm sənədin ədliyyə və məhkəmə fəaliyyətinin gələcək inkişafı üçün "yol xəritəsi" olduğunu, bu sahədə islahatların yeni inkişaf mərhələsinə keçdiyini vurğulayıb, kompleks qanunvericilik, institusional və praktiki tədbirlər nəzərdə tutan proqram xarakterli Fərmandan irəli gələn vəzifələrin vaxtında, dürüst və dönmədən icrasının təmin olunmasını diqqətə çatdırıb.

Eyni zamanda, Dünya Bankı ilə birgə həyata keçirilən "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində Sumqayıt şəhərində inşa olunan 5 məhkəmənin yerləşəcəyi yeni məhkəmə kompleksinin tikintisinin gedişatı ilə tanış olunub, problemlərlə maraqlanılıb. Müasir tələblərə uyğun inşa olunan beş mərtəbədən ibarət məhkəmə binasının ictimai və inzibati zonalara bölünməsi, həmçinin, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastrukturun quraşdırılması nəzərdə tutulub. Həmçinin, Sumqayıt şəhərinin hüquq institutlarının yenilənmiş infrastrukturu ilə tanış olunub.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez