12-04-2010 | 04:02 2395
Ədliyyə və məhkəmə sistemində aparılan islahatlara əhalinin münasibətini müəyyən etmək məqsədilə bazis tipli ilkin sorğunun aparılması
Maraqların İfadəsi üzrə Bildiriş-4.7-CS-05
Maraqların İfadəsi üzrə Bildiriş 21 may 2007-ci il tarixində DG-market onlayn jurnalında bu layihə ilə əlaqədar olaraq dərc edilmiş Ümumi Satınalmalar üzrə Bildirişin davamıdır.
Azərbaycan Respublikası Hökuməti Beynəlxalq İnkişaf Assosiasiyasından "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar olaraq kredit almış və həmin kredit vəsaitlərinin bir hissəsinin Ədliyyə və məhkəmə sistemində aparılan islahatlara əhalinin münasibətini müəyyən etmək məqsədilə bazis tipli ilkin sorğunun aparılması nəzərdə tutulur.
Xidmətlərə aşağıdakılar daxildir:
i) ictimaiyyətin, məhkəmə istifadəçilərinin, ekspertlərin fikirləri və düşüncələrini qiymətləndirmək: (i) ədliyyə və məhkəmə sisteminin fəaliyyəti, xüsusilə onun səmərəliliyi (qərarlarının qəbul etmə sürəti, ədalətlilik, məhkəmə qərarlarının icrası və s.), şəffaflıq, ədliyyə və məhkəmə işçilərinin peşəkarlıq səviyyəsi; və (ii) ədliyyə sistemində aparılan cari islahatlar və əldə olunmuş nailiyyətlər.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məsləhətçiləri müsabiqədə iştirak edərək imkanlarını nümayiş etdirməyə dəvət edir. Maraq göstərən məsləhətçilər xidmətlərin göstərilməsi baxımından səriştəli olduqlarını sübut edən məlumatlar (broşurlar, oxşar tapşırıqların təsviri, oxşar fəaliyyətlərdə təcrübə, işçi heyətinin müvafiq bacarıqlara malik olması və s.) təqdim etməlidirlər. Tapşırığın ehtimal olunan müddəti 120 günə qədərdir.
Məsləhətçi şirkət aşağıdakı ixtisas tələblərinə cavab verməlidir:
Məsləhətçi şirkət Dünya Bankının təlimatlarında: (Dünya Bankından kreditalanlar tərəfindən məsləhətçilərin seçimi və işə qəbuluna dair) göstərilən qaydalarda Məsləhətçilərin ixtisası satınalma üsuluna uyğun olaraq seçiləcəkdir.
İştirakçılar məlumatları 2010-cu il aprel ayının 25-i saat 18:00-dək aşağıda göstərilən ünvanlara (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, "Ədliyyə Sisteminin Müasir-ləşdirilməsi" Layihəsi, AZ1073, İnşaatçılar prospekti, 1, Bakı, Azərbaycan, tel: +99412 510 85 60, faks: +99412 510 76 72; elektron poçt ünvanı: office_jmp@justice.gov.az; jmpofficeaze@yahoo.com) göndərə bilərlər.