IMAGE

Ədliyyə nazirinin müavini Qubada vətəndaşları qəbul edib

Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir. Bununla bağlı təsdiq olunmuş cədvələ əsasən avqustun 2-də Azərbaycan Respublikasının Ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Toğrul Musayev Quba şəhərində, Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Quba şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı hər bir vətəndaş, onların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılaraq, diqqətlə dinlənilib, qaldırılan məsələlərlə bağlı nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə və aidiyyəti qurumlarına tapşırıqlar verilib.

Vətəndaşlar rayon sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər.

Səfər çərçivəsində nazir müavini həmçinin, yerli, o cümlədən Quba “ASAN” xidmət mərkəzində ədliyyə qurumlarının iş şəraiti ilə tanış olub, onların fəaliyyətləri ilə bağlı Ədliyyə Nazirliyinin rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrini çatdıraraq, vətəndaşların qəbulu zamanı ünsiyyətdə nəzakətlilik və məmnunluq prinsiplərinə, müraciətlərə baxılması haqqında qanunvericiliyin tələblərinə dönmədən əməl olunmasının vacibliyini vurğulayıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez