27-08-2019 | 14:55 1643
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən avqustun 29-da Abşeron rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.
Abşeron rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev parkı) keçiriləcək qəbulda Abşeron, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Qəbula vətəndaşlar Sumqayıt regional ədliyyə idarəsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (01865) 5-57-45, (01865) 5-18-42), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Abşeron rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.
Həmçinin, vətəndaşların rahatlığı üçün Ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.