IMAGE

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində görüş keçirilmişdir

Ölkəmizdə səfərdə olan Avropa Şurasının Vətəndaş Cəmiyyətləri ilə iş üzrə Bölməsinin rəhbəri xanım Mary-Ann Hennessey ilə 2019-cu il 4 sentyabr tarixdə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində görüş keçirilmişdir.

Görüş zamanı xanım Mary-Ann Hennessey “Azərbaycanda Vətəndaş İştirakçılığının Təşviqi” Layihəsinin ilkin variantı barədə məlumat vermişdir. Bildirilmişdir ki, əsas məqsəd yalnız Bakı şəhərində deyil, eləcə də regionlarda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəal iştirakına nail olmaqla, onların dövlət orqanları və bələdiyyələrlə qarşılıqlı faydalı əməkdaşlığının təmin olunmasından ibarətdir.

Tədbirdə eyni zamanda qərarların qəbul edilməsində həqiqi vətəndaş iştirakına nail olmaq üçün qeyri-hökumət təşkilatları və dövlət orqanları arasında davamlı və əhatəli dialoqun yaradılmasının zəruriliyi qeyd edilmişdir.

Həmçinin 2016-2018-ci illərdə Avropa Şurası və Avropa Birliyi tərəfindən həyata keçirilən "Azərbaycanda vətəndaş cəmiyyəti dialoqu" Layihəsinin Azərbaycan hakimiyyəti ilə vətəndaş cəmiyyəti nümayəndələri arasında tərəfdaşlığın qurulmasında müstəsna rolu vurğulanmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez