30-04-2010 | 04:02 2107
"Məhkəmə-Hüquq Şurasının potensialının gücləndirilməsi" fəaliyyəti üzrə məsləhət xidməti
Maraqların İfadəsi üzrə Bildiriş-1.6-CS-07
Maraqların İfadəsi üzrə Bildiriş 21 may 2007-ci il tarixində DG-market onlayn jurnalında bu layihə ilə əlaqədar olaraq dərc edilmiş Ümumi Satınalmalar üzrə Bildirişin davamıdır.
Azərbaycan Respublikası Hökuməti Beynəlxalq İnkişaf Assosiasiyasından "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar olaraq kredit almış və həmin kredit vəsaitlərinin bir hissəsinin "Məhkəmə-Hüquq Şurasının potensialının gücləndirilməsi" fəaliyyəti üzrə məsləhət xidməti üçün istifadəsi nəzərdə tutulur.
Məsləhət xidmətinin məqsədi hakimlərin seçilməsi, fəaliyyətinin qiymətləndirilməsi, həvəsləndirilməsi və intizam məsuliyyətinə cəlb olunması prosedurlarına, habelə məhkəmələrin və hakimlərin idarəolunması ilə bağlı digər sahələrə dair Məhkəmə-Hüquq Şurasının idarəetmə potensialının gücləndirilməsi üçün mütərəqqi Avropa və beynəlxalq təcrübəyə əsaslanan tövsiyələrin hazırlanmasından ibarətdir.
Məsləhətçi şirkət aşağıdakı tələblərə cavab verməlidir:
Məsləhətçi şirkət məhkəmə idarəçiliyi və təşkili üzrə xidmətlərin (xüsusilə Şərqi Avropa və/və ya MDB ölkələrində) göstərilməsi sahəsində ən azı 10 illik təcrübəyə malik olmalıdır.
Məsləhətçilər aşağıdakı üzvlərdən ibarət olmalıdır:
Qrup rəhbəri aşağıdakı ixtisaslara malik olmalıdır:
Şərqi və Mərkəzi Avropa və MDB ölkələrində təcrübəyə üstünlük verilir.
Hüquq məsələlər üzrə ekspertlər aşağıdakı ixtisaslara malik olmalıdır:
Şərqi və Mərkəzi Avropa və MDB ölkələrində təcrübəyə, habelə Azərbaycanın hüquq və məhkəmə sistemi barədə biliklərə malik olması üstünlük hesab olunur.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məsləhətçiləri müsabiqədə iştirak edərək imkanlarını nümayiş etdirməyə dəvət edir. Maraq göstərən məsləhətçilər xidmətlərin göstərilməsi baxımından səriştəli olduqlarını sübut edən məlumatlar təqdim etməlidirlər. Tapşırığın ehtimal olunan müddəti 200 günə qədərdir. Məsləhətçi şirkət Dünya Bankının təlimatlarında: (Dünya Bankından kreditalanlar tərəfindən məsləhətçilərin seçimi və işə qəbuluna dair) göstərilən qaydalarla (may 2004-cu il, düzəliş oktyabr 2006-cı il) nizamlanan Keyfiyyət və Dəyər Seçim Üsuluna (KDSÜ) əsasən seçiləcəkdir.
İştirakçılar məlumatları 2010-cu il may ayının 17-i saat 18:00-dək aşağıda göstərilən ünvanlara (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsi, AZ1073, İnşaatçılar prospekti, 1, Bakı, Azərbaycan, tel: +99412 510 85 60, faks: +99412 510 76 72; elektron poçt ünvanı: office_jmp@justice.gov.az; jmpofficeaze@yahoo.com) göndərə bilərlər.