Ədliyyə orqanlarında ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə tədbirlər keçirilmişdir

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ədliyyə orqanlarında geniş qeyd olunur .

Ədliyyə fəaliyyətinin təşəkkülü və inkişafının təmin edilməsi, Ədliyyə Nazirliyinin dövlət strukturu kimi təsis olunması bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz fəaliyyətinin bütün dövrlərində milli ədliyyə sisteminin inkişafına qayğılı münasibət göstərmiş, həyata keçirdiyi hüquqi islahatlar çərçivəsində Nazirliyin fəaliyyətində əsaslı dəyişikliklər aparılmış, onun cəmiyyətdə rolu və nüfuzu əhəmiyyətli dərəcədə artmışdır.

Mayin 7-də Ədliyyə Nazirliyində dahi öndərin doğum gününə həsr olunmuş tədbir keçirilmişdir .

Tədbirdən öncə Nazirliyin böyük bir qrup əməkdaşı ümummilli liderin əziz xatirəsinə ehtiram əlaməti olaraq Heydər Əliyev Fondunda şərəfli ömrünü bütünlükdə xalqımızın və dövlətimizin tərəqqisinə həsr etmiş görkəmli siyasi xadim Heydər Əliyevin mənalı həyatı və dövlətçilik fəaliyyətinə dair zəngin təəssürrat yaradan fotolar və eksponatlarla tanış olmuş, dahi şəxsiyyət haqqında "Böyük ömrün anları" filminə baxmışlar.

Nazirlikdə keçirilən mərasimi açan ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanın özü qədər əbədi olan ümummilli liderimiz Heydər Əliyevin zəngin həyatından və xalqımız qarşısında əvəzsiz xidmətlərindən danışmış, müasir dövlətçiliyimizin qorunmasında və inkişafında xüsusi rolunu qeyd etmiş, dahi öndərin müəyyənləşdirdiyi strateji inkişaf kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin yüksək nailiyyətlər əldə etdiyini vurğulamışdır.

Çıxış edən ədliyyə işçiləri müasir hüquq və ədliyyə sisteminin inkişafında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyev tərəfindən aparılmış mütərəqqi hüquqi islahatlardan danışmış, əbədiyaşar liderin müəyyən etdiyi milli dövlətçilik prinsiplərinə sadiq qalaraq, müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə yorulmaz fəaliyyətində ölkə başçısına daim layiqli yardımçı olacaqlarını bildirmişlər.

Nazirliyin əməkdaşları Heydər Əliyev muzeyində dahi öndərin mənalı həyatını və misilsiz xidmətlərini əks etdirən ekspozisiyalarla tanış olmuş, ümummilli liderə həsr olunmuş filmlərə baxmışlar.

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez