IMAGE

Yerli özünüidarəetmə sahəsində beynəlxalq əməkdaşlıq davam etdirilir

Azərbaycan və Litva yerli özünüidarəetmə orqanları arasında əlaqələrin genişləndirilməsi məqsədilə ölkəmizdə səfərdə olan Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ədliyyə Akademiyasında görüş keçirilib.

Bələdiyyələrlə İş Mərkəzinin, Ədliyyə Akademiyasının nümayəndələri, bələdiyyələrin milli assosiasiyalarının sədrləri, Bakı və Abşeron bələdiyyələrinin üzvlərinin iştirakı ilə keçirilən görüşün əsas məqsədi yerli özünüidarəetmə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması olub.

Tədbirdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyinin təkmilləşdirilməsi üzrə aparılan mütərəqqi islahatlar, o cümlədən yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, ölkə həyatının müxtəlif sahələrində bələdiyyələrin iştirakının aktivləşdirilməsinin əhəmiyyəti vurğulanıb. İki ölkə arasında yerli özünüidarəetmə sahəsində əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin səmərəliliyi diqqətə çatdırılıb.

Görüşdə Druskininkay şəhərinin meri Litva Respublikasında yerli özünüidarəetmə haqqında geniş məruzə ilə çıxış edərək, bu sahədə tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez