IMAGE

Ədliyyə Nazirliyi tərəfindən "Uşaq Hüquqları Aylığı" çərçivəsində tədbirlər keçirilir

BMT-nin Uşaq Hüquqları Bəyannaməsinin qəbulundan 60 il, Uşaq hüquqları haqqında Konvensiyasının qəbulundan isə 30 il ötür. Bu mühüm sənədlərin qəbul olunduğu tarix, 20 noyabr - Ümumdünya Uşaq Günü elan olunub. BMT Baş Məclisi tərəfindən bütün dünyada uşaqların rifahının yaxşılaşdırılması üzrə fəaliyyətə həsr edilən Ümumdünya Uşaq Günü ölkəmizdə də geniş qeyd edilir.

Bu münasibətlə uşaqlara diqqətin artırılması məqsədilə 20 oktyabr - 20 noyabr tarixlərində elan olunmuş "Uşaq Hüquqları Aylığı" çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumları və QHT-lərlə birgə cəmiyyətimizin ən həssas və kövrək təbəqəsi olan uşaqların fəal iştirakı ilə müxtəlif, o cümlədən orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində görüşlər təşkil olunub, uşaq evlərinə baş çəkilərək azyaşlılara qayğı göstərilib, uşaq hüquqları mövzusunda Ədliyyə Akademiyasında təlimlər, Penitensiar xidmətin Tərbiyə müəssisəsində cəza çəkən yeniyetmə məhkumların cəmiyyətə inteqrasiyası, onlara hüquq və vəzifələri ilə bağlı biliklərin öyrədilməsi, eləcə də uşaqlara qarşı zorakılığın hər hansı növündən müdafiəsi və qarşısının alınması istiqamətində ictimai maarifləndirmə tədbiri keçirilib.

Davam edən tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə paytaxtın 46 və 54 nömrəli tam orta məktəblərində "Uşaq Hüquqları Aylığı"na həsr olunmuş maarifləndirici görüşlər keçirilib.

9 noyabr - Dövlət Bayrağı Günü ərəfəsində keçirilən görüşlərdə Nazirliyin, o cümlədən Ədliyyə Akademiyası və Məhkəmə Ekspertiza Mərkəzinin, Nəsimi Rayon İcra Hakimiyyətinin və məktəbin rəhbər və məsul şəxsləri, yuxarı siniflərin şagirdləri və müəllimlər, valideynlər iştirak ediblər.

Açılışda Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsini icra edən Aynur Sabitova, Nəsimi Rayon İcra Hakimiyyətinin müavini Gülarə Verdiyeva, 46 nömrəli məktəbin direktoru Sevinc Budaqova və 54 nömrəli məktəbin direktoru Sahibə Abbasova tərəfindən çıxış edilərək ümummilli lider Heydər Əliyevin uşaqların hərtərəfli inkişafına yüksək qayğısından, ölkəmizdə uşaq hüquqlarının etibarlı təmin olmasına xidmət edən ardıcıl və məqsədyönlü tədbirlərdən bəhs olunub, dövlət uşaq siyasətinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyi, uşaqların sosial təminatının gücləndirilməsi, onların firavan və sağlam, yüksək mənəvi-əxlaqi mühitdə layiqli şəxsiyyət kimi yetkinləşməsi istiqamətində mühüm addımların atıldığı vurğulanıb. Bu sahədə həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri qeyd olunub.

Tədbirlərdə Məhkəmə Ekspertiza Mərkəzinin Bioloji Ekspertizalar şöbəsinin rəisi Səbinə Qədirova "Həyata - hə, narkotiklərə yox" yeni növ narkotiklərin təhlükəsi", Mərkəzin eksperti Məmməd Ramazanov "Kiberbullinq anlayışı və informasiya təhlükəsizliyi" və Ədliyyə Akademiyasının baş müəllimi Mətanət Əsgərova "Yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsinin keçirilməsi: yuvenal ədliyyə" mövzularında çıxışlar edilərək uşaqların həyatına, sağlamlığına təhlükə olan kiber və digər cinayətlərdən, pis vərdişlərdən hər zaman uzaq durmaq tövsiyə olunub, şagirdlərə gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual, milli-mənəvi dəyərlərə sadiq vətəndaş kimi formalaşmaları aşılanıb, mövzularla bağlı maarifləndirici slaydlar nümayiş etdirilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

İştirakçılar məktəblilər üçün bu cür aktual mövzularda maarifləndirici görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Sonda şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez