Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sisteminin müasirləşdirilməsi sitemi (Kredit 4209AZ)

Tenderdə İştiraka Dəvət (TİD)

Lot No 1-Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasının tikintisi (BMH No 2.17-CW/ICB-11);

Lot No 2-Qədəbəy Rayon Məhkəməsinin inzibati binasının tikintisi (BMH No 2.15-CW/ICB-08);

Lot No 3-Oğuz Rayon Məhkəməsinin inzibati binasının tikintisi (BMH No 2.16-CW/ICB-09)

 

1. Tenderdə İştiraka Dəvət 21 may 2007-ci il tarixdə "DG-market onlayn" jurnalında bu layihə ilə əlaqədar olaraq çap olunmuş Ümumi Satınalmalara dair Bildirişin davamıdır.

2. Azərbaycan Respublikası Hökuməti Beynəlxalq İnkişaf Assosiasiyasından “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar kredit almış və kredit vəsaitlərinin bir hissəsinin Qədəbəy, Oğuz və Gəncə Şəhəri Nizami rayon məhkəmələrinin inzibati binalarının tikintisinə xərclənməsi nəzərdə tutulur.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yuxarıda qeyd olunmuş məhkəmələrin inzibati binalarının tikintisi məqsədilə iştirakçıları təkliflərini möhürlənmiş zərflərdə təqdim etməyə dəvət edir.

4. Tender Dünya Bankının təlimatlarına (BYİB və BİA Kreditlərinə dair Satınalma hissəsində göstərilmiş Beynəlxalq Müsabiqə Hərracı (BMH) qaydalarına (may 2004-cü və oktyabr 2006-cı illər) uyğun aparılacaqdır və təlimatlarda göstərildiyi kimi tenderdə iştirak hüququna malik ölkələrdən olan bütün iştirakçılar üçün açıqdır.

5. İştirakçılar yazılı ərizə təqdim etməklə və aşağıdakı bank hesabına 250 AZN məbləğində və ya ona bərabər olan digər sərbəst dönərli valyutada geri qaytarılmayan tenderdə iştirak haqqını ödəməklə Tender Sərtlər Toplusunu ingilis dilində aşağıdakı ünvanda (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsinin İcra Qrupu, AZ1073, İnşaatçılar prospekti, 1, 5-ci mərtəbə, otaq 505 Bakı, Azərbaycan, tel: (994-12) 510 85 59/60, faks: (994-12) 510 76 72, elektron ünvan: office_jmp@justice.gov.az, jmpofficeaze@yahoo.com) əldə edə bilərlər.
 

Benefisiarın adı: Ədliyyə Nazirliyi/“Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi

Azərbaycan Beynəlxalq Bankı

Kod: 805045

VÖEN (Azərbaycan Beynəlxalq Bankı): 9900001881

S.W.I.F.T: IBAZAZ2X

Müxbir hesab: 0137010002944

Hesab nömrəsi: 33318018409330334120

VÖEN: 1300286111
 

Tender sənədləri kuryer xidməti və ya elektron poçt vasitəsilə göndərilə bilər.

6. Tender təklifləri yuxarıda göstərilən ünvana 28 iyun 2010-cu il tarixdə Bakı vaxtı ilə saat 15.00-dək çatdırılmalıdır. Gec təqdim olunmuş və elektron tender təklifləri qəbul edilmir.

7.Tender təklifləri Tender Komissiyasının üzvlərinin və tender prosedurunda iştirak etmək arzusunda olan iştirakçılar və (və ya) onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə göstərilən ünvanda 28 iyun 2010-cu il tarixdə Bakı vaxtı ilə saat 15:10-da açılacaqdır.

8. Tender təklifləri 1 saylı lot 80.000 AZN (səksən min manat), 2 və 3 saylı lotlar üzrə 40.000 AZN (qırx min manat) məbləğində və ya bu məbləğə bərabər olan digər sərbəst dönərli valyutada Bank zəmanəti ilə təmin olunmalıdır. İştirakçılar əlavə məlumatları iş günləri 10.00-dan 18.00-dək yuxarıda qeyd olunan ünvanlardan əldə edə bilərlər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez