IMAGE

Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinin nailiyyətləri AMEA-nın mühüm nəticələrində

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib.

Ümumi yığıncaq bölmənin tərkibinə daxil olan elmi tədqiqat müəssisələrinin nailiyyətlərini özündə əks etdirən kitab və jurnallardan ibarət sərgiyə baxışla başlayıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmənin akademik-katibi, akademik Nərgiz Axundova, büro üzvləri, elmi müəssisələrin rəhbərləri, elmi katiblər və aidiyyəti olan şəxslər iştirak ediblər.

Akademik İsa Həbibbəyli çıxış edərək İctimai Elmlər Bölməsinin fəaliyyətindən bəhs edib, son dövrlərdə bölmədə multidissiplinar tədqiqatların daha da genişləndiyini, mühüm elmi nəticələrin əldə olunduğunu nəzərə çatdırıb.

Ümumi yığıncaqda İctimai Elmlər Bölməsinin tərkibinə daxil olan elmi müəssisələrdə 2019-cu ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar dinlənilib. Hesabat məruzələrində bu il bölmənin institutları və Milli Azərbaycan Tarixi Muzeyində əldə olunan mühüm elmi nəticələr, Azərbaycan Respublikası Prezidentinin sərəncamları və dövlət proqramları, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının icrası ilə əlaqədar yerinə yetirilmiş işlər barədə geniş məlumat verilib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin rəis müavini hüquq üzrə fəlsəfə doktoru Hamlet Musayevin, Bioloji ekspertizalar şöbəsinin rəisi Səbinə Qədirovanın, Fiziki-kimyəvi ekspertizalar şöbəsinin rəisi Elvin Aslanovun, böyük ekspert Gülşən Hümmətovanın müəllifləri olduğu "Narkotik vasitələrin və psixotrop maddələrin kriminalistik tədqiqat metodikaları" adlı vəsait bölmənin mühüm nəticələri üzrə hesabatda yer alıb.


PDF versiya üçün bura klik edin

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez