10-06-2010 | 04:02 2013
Hədəf qruplarının (məcburi köçkünlər, qadınlar, milli azlıqlar, aşağı gəlirli ailələr, kiçik sahibkarlar) və ictimaiyyətin hüquqi informasiya ehtiyaclarının müəyyənləşdirilməsi və ehtiyacların təmin edilməsi üzrə strategiyanın hazırlanması
Maraqların İfadəsi üzrə Bildiriş-4.5-CS-03
Maraqların İfadəsi üzrə Bildiriş 21 may 2007-ci il tarixində DG-market onlayn jurnalında bu layihə ilə əlaqədar olaraq dərc edilmiş Ümumi Satınalmalar üzrə Bildirişin davamıdır.
Azərbaycan Respublikası Hökuməti Beynəlxalq İnkişaf Assosiasiyasından "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar olaraq kredit almış və həmin kredit vəsaitlərinin bir hissəsinin hədəf qruplarının (məcburi köçkünlər, qadınlar, milli azlıqlar, aşağı gəlirli ailələr, kiçik sahibkarlıq) və ictimaiyyətin hüquqi informasiya ehtiyaclarının müəyyənləşdirilməsi və təmin edilməsi üzrə strategiyanın hazırlanmasına istifadəsi nəzərdə tutulur.
Xidmətlərə aşağıdakılar daxildir:
i) Azərbaycanda ən azı 50.000 vətəndaş arasında sorğu keçirmək və onların hüquqi informasiya ehtiyaclarının müəyyənləşdirilməsi və təmin edilməsi üzrə strategiyanı hazırlamaq;
ii)Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış hesabatlar ilə tanış olmaq;
iii)Sorğu nəticələrinin təhlil və qiymətləndirilməsini aparmaq;
iv)Qiymətləndirmə əsasında əhalinin hüquqi maariflənməsinin təmin edilməsi məqsədilə hüquq sahələrini müəyyən etmək.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məsləhətçi şirkətləri müsabiqədə iştirak edərək imkanlarını nümayiş etdirməyə dəvət edir. Maraq göstərən şirkətlər xidmətlərin göstərilməsi baxımından səriştəli olduqlarını sübut edən məlumatları (broşurlar, oxşar tapşırıqların təsviri, oxşar fəaliyyətlərdə təcrübə, işçi heyətinin müvafiq bacarıqlara malik olması və s.) təqdim etməlidirlər. Tapşırığın ehtimal olunan müddəti 120 günə qədərdir.
Məsləhətçi şirkət aşağıdakı ixtisas tələblərinə cavab verməlidir:
Məsləhətçi şirkət Dünya Bankının təlimatlarında: (Dünya Bankından kreditalanlar tərəfindən məsləhətçilərin seçimi və işə qəbuluna dair) göstərilən qaydalarda Məsləhətçilərin ixtisası satınalma üsuluna uyğun olaraq seçiləcəkdir.
İştirakçılar məlumatları 2010-cu il iyun ayının 18-i saat 18:00-dək aşağıda göstərilən ünvanlara (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, "Ədliyyə Sisteminin Müasir-ləşdirilməsi" Layihəsi, AZ1073, İnşaatçılar prospekti, 1, Bakı, Azərbaycan, tel: +99412 510 85 60, faks: +99412 510 76 72; elektron poçt ünvanı: office_jmp@justice.gov.az; jmpofficeaze@yahoo.com) göndərə bilərlər.