IMAGE

Ədliyyə Nazirliyində keçirilən Nəsimi yaradıcılığına həsr olunmuş əbədi-bədii tədbirdə Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri iştirak ediblər

Prezident İlham Əliyev tərəfindən 2019-cu il ölkəmizdə "Nəsimi ili" elan olunaraq böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi geniş qeyd edilir. Bu münasibətlə Ədliyyə Nazirliyi tərəfindən Nəsiminin həyat və yaradıcılığına həsr olunan silsilə tədbirlər təşkil olunur, o cümlədən gənclərə mütaliəyə marağın artırılması məqsədilə "Kitab günü" keçirilib, nazirliyin Penitensiar xidmətinin cəzaçəkmə müəssisələrinin kitabxana fondları Nəsiminin və digər müxtəlif bədii, publisistik və elmi əsərlərdən ibarət 4 minə yaxın kitabla zənginləşdirilib, ədliyyə işçiləri "İmadəddin Nəsimi – 650" adlı geniş kitab sərgisi ilə tanış olublar.

Oktyabrın 17-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Ədliyyə Akademiyasında Nəsiminin 650 illiyinə həsr olunmuş "Nəsimi yaradıcılığında humanizm" adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə vətəndaş cəmiyyətinin və media təmsilçiləri iştirak ediblər.

Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri həmçinin bu kimi tədbirlərin təşkil olunmasının olduqca önəmli olduğunu bildiriblər.

Çıxışlarda Nəsimi irsinin çoxcəhətliliyindən, təbliğ etdiyi ümumbəşəri dəyərlərdən, şəxsiyyətin azadlığı və humanizm ideyalarından bəhs olunub, şairin təlqin etdiyi bu dəyərlərin yüzillər boyu insanlara örnək olduğu vurğulanıb. Bildirilib ki, dünya poeziyasına sanballı töhfələr vermiş Nəsiminin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik zəngini irsini, ali bəşəri, humanist-fəlsəfi ideyalarını tədqiq etmək olduqca önəmlidir.

Sonra tədbir bədii hissə ilə davam edib, şairin yaradıcılığına aid şeirlər söylənilib, "Neylərəm" qəzəlinə bəstələnən və digər xalq mahnıları ifa olunub.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez