IMAGE

Ədliyyə Nazirliyində mediasiya institutunun tətbiqinə dair keçirilən dəyirmi masada Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri iştirak ediblər

BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən başlanaraq, hər il 15 may dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur.

Bu münasibətlə Ədliyyə Nazirliyi tərəfindən Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə Nizami Kino Mərkəzində “Sağlam ailə dövlətin sosial dayağıdır” mövzusunda yığıncaq keçirilib.

Tədbirdə vətəndaş cəmiyyətinin, eləcə də Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin təmsilçiləri iştirak ediblər.

Ölkəmizdə təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət ailə siyasətinin uğurla həyata keçirildiyi, ailənin cəmiyyətin əsas özəyi kimi dövlətin daim himayəsində olduğu xüsusilə vurğulanıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın hər bir ailəyə diqqət və qayğısı, ailə dəyərlərinin qorunub saxlanılması, ailələrin sosial müdafiəsinin gücləndirilməsi üzrə həyata keçirilən ardıcıl tədbirlər barədə məlumat verilib.

Sonra zəngin və mənalı həyatı hər bir ailəyə örnək olan dahi öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın ömür yolundan bəhs edən “Əsl məhəbbət haqqında” filmi nümayiş etdirilib.

Eyni zamanda dəvət olunmuş uzunömürlü ailələrin üzvləri də keçdikləri ömür-gün yolu barədə söhbət açaraq yeni ailə quran gənclərə öz tövsiyələrini veriblər. Daha sonra 25-50 il birgə ömür sürmüş ailələrə hədiyyələr təqdim olunub.

İctimai Komitənin üzvləri tədbirin əhəmiyyəti barədə bir sıra dəyərli fikirlərini bildirmişlər.

Tədbir Bakı Musiqi Akademiyasının, Azərbaycan Respublikası Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin bədii kollektivlərinin konserti ilə davam edib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez