Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sisteminin müasirləşdirilməsi sitemi (Kredit 4209AZ)

Bakı və Quba şəhərlərində hüquqi məsləhət mərkəzlərinin yaradılması
Maraqların İfadəsi üzrə Bildiriş-4.9-CS-07

Maraqların İfadəsi üzrə Bildiriş 21 may 2007-ci il tarixində DG-market onlayn jurnalında bu layihə ilə əlaqədar olaraq dərc edilmiş Ümumi Satınalmalar üzrə Bildirişin davamıdır.

Azərbaycan Respublikası Hökuməti Beynəlxalq İnkişaf Assosiasiyasından "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar olaraq kredit almış və həmin kredit vəsaitlərinin bir hissəsinin Bakı və Quba şəhərlərində hüquqi məsləhət mərkəzlərinin yaradılması üçün istifadəsi nəzərdə tutulur.

Xidmətlərə aşağıdakılar daxildir:

i) Bakı və Quba şəhərlərində hüquqi məsləhət mərkəzlərini yaratmaq;

ii) Bakı və Quba şəhərlərində gənclərə, qadınlara, azyaşlılara, milli azlıq nümayəndələrinə, əlillərə, yerli sahibkarlara, jurnalistlərə, QHT-lərə, aztəminatlı ailələrə və digər ehtiyacı olanlara pulsuz hüquqi yardım göstərmək;

iii) Qeyd edilən qruplar üçün müxtəlif təlimlər keçirmək;

iv) Əhalinin hüquqi maarifləndirilməsi üçün vəsaitlər hazırlamaq;

v) Azərbaycanda hüquqi məsləhət mərkəzlərinin yaradılmasına dair əvvəlki təcrübəni öyrənmək və cari mərkəzlər ilə əməkdaşlıq etmək.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məsləhətçi şirkətləri müsabiqədə iştirak edərək imkanlarını nümayiş etdirməyə dəvət edir. Maraq göstərən şirkətlər xidmətlərin göstərilməsi baxımından səriştəli olduqlarını sübut edən məlumatları (broşurlar, oxşar tapşırıqların təsviri, oxşar fəaliyyətlərdə təcrübə, işçi heyətinin müvafiq bacarıqlara malik olması və s.) təqdim etməlidirlər. Tapşırığın ehtimal olunan müddəti 540 günə qədərdir.

Məsləhətçi şirkət aşağıdakı ixtisas tələblərinə cavab verməlidir:

  • Müqavilənin icrası müddətində Bakı şəhərində və regionlarda hüquqi yardım göstərmək üçün lazımi sayda işçi heyətinə (ən azı 6 hüquqşünas) malik olan məsləhətçi şirkət və ya dövlət qeydiyyatından keçmiş Qeyri-Hökumət Təşkilatı (QHT);
  • Məsləhətçi şirkət Azərbaycanda əhaliyə hüquqi yardımın göstərilməsi və müxtəlif maarifləndirici vəsaitlərin hazırlanması sahəsində ən azı 3 il təcrübəyə malik olmalıdır (beynəlxalq təşkilatların maliyyələşdirdiyi layihələrdə iş təcrübəsinə malik olanlara üstünlük verilir);
  • Məsləhətçi şirkətin hüquqşünasları mülki, cinayət, əmək, vərəsəlik, vergi hüququ və digər sahələrdə biliyə və ən əzı 2 il təcrübəyə malik olmalıdırlar.

 

Məhkəmə və ədliyyə sisteminin fəaliyyəti, insan hüquqları, xüsusi ilə də prosessual hüquqlar sahəsində qanunvericiliklə tanış olan mütəxəssisin işçi qrupunda iştirakı zəruridir.

Məsləhətçi şirkət Dünya Bankının təlimatlarında: (Dünya Bankından kreditalanlar tərəfindən məsləhətçilərin seçimi və işə qəbuluna dair) göstərilən qaydalarda Məsləhətçilərin ixtisası satınalma üsuluna uyğun olaraq seçiləcəkdir.

İştirakçılar məlumatları 2010-cu il iyun ayının 18-i saat 18:00-dək aşağıda göstərilən ünvanlara (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, "Ədliyyə Sisteminin Müasir-ləşdirilməsi" Layihəsi, AZ1073, İnşaatçılar prospekti, 1, Bakı, Azərbaycan, tel: +99412 510 85 60, faks: +99412 510 76 72; elektron poçt ünvanı: office_jmp@justice.gov.az; jmpofficeaze@yahoo.com) göndərə bilərlər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez