IMAGE

Ədliyyə Akademiyasında məhkəmə-hüquq sistemindəki islahatlarla bağlı keçirilən müzakirələrdə Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri iştirak ediblər

İyulun 26-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası elm müəssisələrinin nümayəndələri ilə Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərlə bağlı ictimai müzakirə təşkil edib.

Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov bildirib ki, Fərmanla bağlı ictimai müzakirələrə həsr olunmuş tədbirlər paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarında keçirilib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrə müraciət imkanlarının və əlçatanlığın genişləndirilməsi məqsədilə mühüm qərarlar qəbul olunur, ardıcıl tədbirlər görülür. Prezident tərəfindən imzalanmış müvafiq Fərman ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və məhkəmə-hüquq orqanlarının şəffaflaşdırılması ilə bağlıdır. Dövlət başçısı tərəfindən aparılan iqtisadi və hüquqi islahatlar ölkəmizin inkişafına xidmət edir. 2019-cu il 3 aprel tarixli Fərman dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir.

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova bildirib ki, Fərmanla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən, habelə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə birgə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi, sahibkarlığın inkişafı və Fərmanın icrasından irəli gələn digər məsələlər üzrə vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə geniş maarifləndirmə tədbirləri keçirilib. Ötən 3 ay ərzində Ədliyyə Nazirliyində, həmçinin Dünya Bankı, Amerika Ticarət Palatası (AmCham), Azərbaycan Sahibkarlar Konfederasiyası, Vəkillər Kollegiyası ilə birgə, habelə Gəncədə və Lənkəranda, o cümlədən Lənkəran Dövlət Universitetində məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinə dair 8 ictimai müzakirə, 3 dəyirmi masa, 2 ictimai təqdimat və 1 brifinq keçirilib. Tədbirlərdə Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri və vətəndaş cəmiyyətinin də digər nümayəndələri iştirak ediblər. 

İctimai Komitənin üzvləri tədbirin əhəmiyyəti barədə bir sıra dəyərli fikirlərini bildirmişlər. Qeyd ediblər ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş qanunlar ölkəmizin məhkəmə sisteminin daha səmərəli fəaliyyətinin təmin edilməsində mühüm rol oynayacaq.


iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez