IMAGE

Ədliyyə Nazirliyində keçirilən ictimai müzakirədə Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri iştirak ediblər

Ölkə Prezidenti İlham Əliyevin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı məhkəmə sisteminin inkişafına, ədalət mühakiməsinin effektivliyinə və əlçatanlığına, vətəndaş məmnunluğuna xidmət edir.

Dövlət başçısının proqram xarakterli Fərmanından irəli gələn vəzifələr Ədliyyə Nazirliyinin Kollegiyasında dərhal müzakirə olunub və xüsusi tədbirlər planı qəbul edilərək bu mühüm sənədin icrasına başlanılıb.

İctimaiyyət tərəfindən böyük maraqla və rəğbətlə qarşılanan ədliyyə və məhkəmə sisteminin gələcək inkişafı üçün “yol xəritəsi” olan Fərmanla qarşıda duran vəzifələrin icrasına dair aprelin 8-də Ədliyyə Nazirliyində geniş ictimai müzakirə keçirilib.

Ədliyyə naziri yanında İctimai Komitə üzvlərinin və digər vətəndaş cəmiyyətinin iştirakı ilə keçirilən tədbirdə məhkəmə-hüquq sistemində aparılan islahatlar və bu islahatların dərinləşməsində Fərmanın müstəsna əhəmiyyəti, qanunvericilik və institusional yeniliklər, alternativ mexanizmlərin təşviqi, mediasiya prosesinin tətbiqi ilə bağlı yeni qəbul olunmuş “Mediasiya haqqında” Qanunun mahiyyəti barədə faydalı fikir mübadiləsi aparılıb.

Mətbuat Şurasının və vətəndaş cəmiyyətinin, o cümlədən Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin nümayəndələri imzalanan Fərmanın ölkə Prezidentinin məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olduğunu qeyd edərək, bu mühüm sənədin vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin daha etibarlı təmin olunmasına, ədalət mühakiməsinə ictimai etimadın yüksəlməsinə xidmət etdiyini söyləyiblər.

Bildirilib ki, məhkəmə-hüquq sistemində kompleks qanunverici, institusional və praktiki tədbirlərin görülməsini nəzərdə tutan Fərmanda verilmiş tapşırıq və tövsiyələrin vaxtında və dürüst icrası məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsinə, məhkəmələrə kənar müdaxilələrin qarşısının alınmasına, qeyri-prosessual münasibətlərin, süründürməçiliyin və digər neqativ halların yolverilməzliyinin, məhkəmə qərarlarının ədalətliliyinin və vaxtında tam icrasının təmin olunmasına, şəffaflığın artırılmasına, hakimlərin iş yükünün azalmasına, işlərə baxılmasının keyfiyyətinin yüksəlməsinə, əhaliyə daha çevik, asan və alternativ xidmətlərin göstərilməsinə imkan yaradacaqdır.

Eyni zamanda, mübahisələrin məhkəmədən kənar həlli üsullarından olan mediasiyanın ölkəmizdə tətbiqi ilə bağlı qəbul olunmuş “Mediasiya haqqında” yeni Qanunun əhəmiyyətindən danışılıb, bu institutun mülki işlər və iqtisadi, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəməyə getmədən tərəflərin qarşılıqlı razılığı ilə həllində rolu qeyd olunub, onun tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıdığı vurğulanıb. Qeyd olunub ki, mediasiyanın düzgün və səmərəli tətbiqi həm də məhkəmələrdə iş yükünün xeyli azalmasına səbəb olacaqdır.

Tədbirdə dövlət başçısının Fərmanının və “Mediasiya haqqında” Qanunun ayrı-ayrı məqamları barədə faydalı diskussiyalar aparılıb, bir sıra təkliflər səsləndirilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez