IMAGE

Bakıda şəffaf və səmərəli ədalət mühakiməsi – innovativ nümunələr mövzusunda keçirilən görüşdə Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri iştirak ediblər

Sentyabrın 30-da Ədliyyə Nazirliyinin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəffaf və səmərəli ədalət mühakiməsi - innovativ nümunələr” mövzusunda görüş keçirilib.

Görüşdə vətəndaş cəmiyyətinin, o cümlədən Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin təmsilçiləri iştirak ediblər.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova qeyd edib ki, görüşün keçirilməsində məqsəd Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə məhkəmə-hüquq sistemində aparılan islahatlar və tətbiq olunan innovasiyalar, o cümlədən ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasında “Elektron məhkəmə” informasiya sisteminin üstünlükləri barədə məlumatlandırmanın təmin edilməsidir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan ictimai həyatın bütün sahələrində mühüm nailiyyətlərə imza atır. Ölkədə aparılan genişmiqyaslı islahatlar real bəhrəsini verir və həyata keçirilən tədbirlər məhkəmə-hüquq sistemini də əhatə edir. Dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə bu sahədə islahatlar yeni mərhələyə yüksəlib. Bu mühüm sənədin icrası, o cümlədən sahibkarların hüquqlarının məhkəmə müdafiəsinin gücləndirilməsi üzrə qanunvericilik, institusional və praktiki tədbirlər görülüb. Bu məqsədlə yeni ixtisaslaşdırılmış - kommersiya məhkəmələri yaradılıb.

Nazirliyin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə, “Elektron məhkəmə” informasiya sistemi üzrə işçi qrupun rəhbəri, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) prezidenti, hakim Ramin Qurbanov məhkəmə fəaliyyətinin avtomatlaşdırılması nəticəsində hüquqi xidmətlərə əlçatanlığın asanlaşdırılması, vətəndaşlara və sahibkarlara məhkəmələrə müraciət etmək üçün yaradılmış elektron imkanlar, o cümlədən şəxsi kabinet, elektron müraciət barədə təqdimatlarla çıxış ediblər. Qeyd olunub ki, Ədliyyə Nazirliyinin Dünya Bankı və digər beynəlxalq təşkilatlara birgə apardığı çox uğurlu, sistemli və ardıcıl iş artıq nəticəsini verir. Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinə, məhkəmələrə inam artır.

Görüşdə iştirakçılarla faydalı müzakirələr aparılıb, habelə Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri tərəfindən də faydalı müzakirələr aparılıb. Çıxışlarda ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması üzrə tətbiq olunan yeniliklərin vətəndaşların, o cümlədən sahibkarların hüquqlarının etibarlı müdafiəsinə xidmət etdiyi vurğulanıb, təkliflər səsləndirilib.


iacca
iap
business ready
eplc
Ən Tez