IMAGE

Ədliyyə Nazirliyi tərəfindən vətəndaş cəmiyyəti üçün keçirilən təlimdə Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvü iştirak edib

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən Qəbələ şəhərində vətəndaş cəmiyyəti nümayəndələrinə “Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə qeyri-hökumət təşkilatlarının öhdəlikləri” adlı təlim keçirilmişdir.

Tədbir iştirakçılarına qeyri-hökumət təşkilatının daxili nəzarət sisteminin hazırlanması, məsul şəxsin və daxili auditorun təyin edilməsi, müştərilərin eyniləşdirilməsi, verifikasiyası və sair mövzularda mühazirələr oxunmuş, təqdimatlar keçirilmişdir.

Təlimdə Ədliyyə Nazirliyinin əməkdaşları ilə yanaşı ekspert qismində Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev, həmin şəhərdə və ətraf rayonlarda fəaliyyət göstərən QHT nümayəndələri iştirak etmişlər.

Oxşar tədbirlər Şirvan, Quba və Gəncə şəhərlərində də təşkil edilmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez