Vətəndaşların nəzərinə

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 17-də Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Musayev tərəfindən Kürdəmir rayonunda, nazir müavini Eldar Nuriyev tərəfindən isə Masallı rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

Kürdəmir rayonu Mədəniyyət Mərkəzində (ünvan: Kürdəmir şəhəri, Aşıq Əhməd küçəsi, 36) keçiriləcək qəbulda Kürdəmir, Ucar, Zərdab və Hacıqabul rayonlarında yaşayan vətəndaşların, Masallı rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi, 17) keçiriləcək qəbulda isə Masallı, Lənkəran, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar Kürdəmir rayonunda keçiriləcək qəbula Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi 111; əlaqə telefonu: (02027) 4-30-41, (050) 661-81-20), Masallı rayonunda keçiriləcək qəbula isə Lənkəran regional ədliyyə idarəsi (ünvan: Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15; əlaqə telefonu: (02525) 4-07-88, (050) 326-99-94), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41, 077-338-31-20 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün nazir müavinlərinin həmin gün keçiriləcək qəbullarına Nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez