24-10-2019 | 18:00 1816
Ədliyyə Nazirliyi tərəfindən vətəndaş cəmiyyətinin, o cümlədən Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin və yerli icra hakimiyyətinin nümayəndələri ilə birgə gənclər arasında ailə dəyərləri haqqında və erkən nikahlara qarşı profilaktik maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin rəsmiləri Reyhanə Kərimova və Səbinə Salmanova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın ailə dəyərlərinə verdiyi yüksək qiyməti, cəmiyyətin əsas özəyi olan hər bir ailəyə göstərdiyi diqqət və qayğını xüsusilə vurğulayaraq ailə dəyərlərinin əhəmiyyəti, habelə erkən nikahların törətdiyi fəsadlar haqqında geniş məlumat veriblər.
Həmçinin ədliyyə naziri yanında İctimai Komitənin üzvləri, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Təmiz Dünya” maraqlı təqdimatlarla çıxış edərək gənclərə ailə dəyərlərindən və erkən nikahlar zamanı üzləşilən problemlərdən bəhs ediblər.
Bununla yanaşı, auditoriyaya mövzu ətrafında hazırlanmış slaydlar nümayiş olunub, uzunömürlü ailələrin üzvləri keçdikləri ömür-gün yolu barədə söhbət açaraq gənclərə öz tövsiyələrini veriblər.
Sonda gəncləri maraqlandıran sualları cavablandırılıb.
Tədbirlə bağlı videogörüntülər: