Hakimlərin Seçki Komitəsinin məlumatı

Məhkəmə-Hüquq Şurası tərəfindən yüksək məhkəmə hakimlərindən, habelə ədliyyə, prokurorluq, Şuranın aparatı, Vəkillər Kollegiyasının nümayəndələrindən və hüquqşünas-alimdən ibarət tərkibdə yenidən formalaşdırılmış Hakimlərin Seçki Komitəsinin ilk iclası keçirilmişdir.

Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tədbirdə çıxış edərək, ölkəmizdə məhkəmə fəaliyyətinin müasirləşdirilməsi üzrə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatların ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, bu sahədə əldə edilmiş müsbət nəticələri vurğulamış, məhkəmə fəaliyyətinin təşkilində Hakimlərin Seçki Komitəsinin mühüm rolunu qeyd etmişdir.

Tədbirdə məhkəmə sisteminin mənəvi cəhətdən saf və hazırlıqlı hakimlər hesabına komplektləşdirilməsi məqsədilə Azərbaycanda hakimliyə namizədlərin seçilməsinin ən mütərəqqi və şəffaf qaydalarının müəyyən edilməsi vurğulanmışdır. Qeyd edilmişdir ki, son illər ərzində çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə 2200 namizədlə aparılmış seçim prosedurları nəticəsində 157 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim vəzifələrinə təyin edilmiş, 80 nəfər namizəd hakim vəzifələrinə hazırlanmaları üçün bir illik kurslara cəlb olunmuş, onların məhkəmələrdə, o cümlədən xarici ölkələrdə staj keçməsi təşkili edilmişdir.

Hazırda bütün birinci instansiya məhkəmələri hakimlərinin yarıdan çoxunun yeni qaydalarla seçilib təyin olunduğu, hazırda apellyasiya məhkəmələrinin komplektləşdirilməsi üçün kadr potensialı kimi məhz həmin hakimlərə müraciət edildiyi bildirilərək, Hakimlərin Seçki Komitəsi tərəfindən yaradılmış müsbət təcrübə təqdir edilmiş, onun qarşısında duran mühüm vəzifələrə toxunulmuşdur.

Sonra iclasda bir sıra təşkilati məsələlərə baxılmış, Bakı Apellyasiya məhkəməsinin sədri İman Nağıyev Hakimlərin Seçki Komitəsinin sədri seçilmişdir.

İclasda, həmçinin hakimliyə namizədlərin seçilməsi prosesinin hazırkı durumu, tədris kurslarının nəticələri üzrə yazılı və şifahi imtahanların təşkili və digər məsələlər müzakirə edilmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez