29-01-2020 | 18:00 1552
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Ceyhun Həsənov fevralın 1-də Şirvan regional ədliyyə idarəsində (ünvan: Şirvan şəhəri, F.Eynullayev küçəsi, 17) vətəndaşları qəbul edəcək.
Qəbulda Şirvan, Hacıqabul, Saatlı, Sabirabad və Salyan rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Vətəndaşlar qəbula Şirvan regional ədliyyə idarəsi (əlaqə telefonu: (02121) 5-15-66, 5-67-27, (051) 927-66-99, habelə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (012) 493-54-30 və (051) 235-00-35 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə naziri müavininin həmin gün keçiriləcək qəbuluna Nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.