30-01-2020 | 14:25 1231
Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların qayğı və problemlərinə diqqətlə yanaşılması barədə tapşırıqlarına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fevralın 3-də ədliyyə nazirinin müavini Azər Cəfərov tərəfindən Mingəçevir şəhərindəvətəndaşların qəbulu keçiriləcəkdir.
Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 172) keçiriləcək qəbulda Mingəçevir şəhəri, həmçinin Bərdə, Yevlax, Şəki və Goranboy rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Vətəndaşlar qəbula Bərdə regional ədliyyə idarəsi (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 77; əlaqə telefonları: (02020) 5-43-07, (051) 958-50-69), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün həmin gün keçiriləcək qəbula Nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.