Vətəndaşların nəzərinə

Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların qayğı və problemlərinə diqqətlə yanaşılması barədə tapşırıqlarına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fevralın 4-də Azərbaycan Respublikası Ədliyyə nazirinin müavinləri Toğrul Musayev tərəfindən Qobustan rayonunda, Eldar Nuriyev tərəfindən isə Quba rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

Qobustan İdman Kompleksində (ünvan: Heydər Əliyev prospekti 5) keçiriləcək qəbulda Qobustan, Abşeron, Xızı, Ağsu rayonları və Sumqayıt şəhərində yaşayan vətəndaşların, Quba şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) keçiriləcək qəbulda isə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar Qobustan rayonunda keçiriləcək qəbula Sumqayıt regional ədliyyə idarəsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12; əlaqə telefonu: (01865) 5-57-45, 050-359-10-57, 055-925-37-41), Quba rayonunda keçiriləcək qəbula isə Xaçmaz regional ədliyyə idarəsi (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, bina 17; əlaqə telefonu: (02332) 5-18-88, 055-950-58-83, 077-338-31-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) nömrəli telefonu və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün nazir müavinlərinin həmin gün keçiriləcək qəbullarına Nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez