Ədliyyə nazirinin müavini Şəmkirdə vətəndaşları qəbul edəcək

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Vilayət Zahirov tərəfindən fevralın 5-də Şəmkir rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

Şəmkir şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 5) keçiriləcək qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Qazax, Ağstafa rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar qəbula Şəmkir regional ədliyyə idarəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2, əlaqə telefonu: (02230) 5-48-81, (050) 396-91-20, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 070-625-05-52 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə naziri müavininin həmin gün keçiriləcək qəbuluna Nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez