Ədliyyə nazirinin müavini Toğrul Musayev Qobustanda vətəndaşları qəbul edib

Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət orqanlarının qarşısında qoyduğu ən ümdə vəzifələrdən biri vətəndaşların yerlərdə qəbulunu və müraciətlərinə həssaslıqla yanaşılmasını daim diqqətdə saxlamaqdır. Bununla əlaqədar dövlət başçısının tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri tərəfindən şəhər və rayonlarda vətəndaşların mütəmadi qəbulları həyata keçirilir.

Fevralın 4-də Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Musayev Qobustanda rayonun və ətraf bölgənin vətəndaşlarını qəbul edib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Qobustan şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Nazir müavininin keçirilmiş növbəti qəbulunda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılıb və onlar nəzarətə götürülərək nazirliyin aidiyyəti məsul işçilərinə qaldırılan məsələlərin operativ araşdırılması və qanunamüvafiq şəkildə tədbirlərin görülməsi tapşırılıb.

Səfər zamanı nazirliyin Qobustan rayon icra və probasiya, qeydiyyat şöbələrinin, dövlət notariat ofisinin fəaliyyəti və iş şəraiti, həmin qurumlarda vətəndaşların qəbulu işinin təşkili vəziyyəti ilə tanış olunub, həmçinin rayon məhkəməsinə baş çəkilib.

Nazir müavini dövlətimizin başçısının fevralın 3-də respublikamızın sosial-iqtisadi inkişafının yekunlarına dair keçirdiyi konfransda şəffaflığın təmin olunması, sui-istifadə hallarına və özbaşınalığa son qoyulması, insanlara layiqli xidmət göstərilməsi ilə bağlı verdiyi tapşırıqları diqqətə çatdıraraq etik davranış qaydalarına dönmədən əməl olunmasını, vətəndaşların müraciətlərinə qayğı ilə yanaşılmasını vurğulayıb, 2020-ci il "Könüllülər ili" çərçivəsində əhaliyə göstərilən ədliyyə xidmətləri sahəsində gənc könüllülərin cəlb olunmasının vacibliyini qeyd edib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez