IMAGE

Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Fərmanın icrası diqqət mərkəzindədir

Ölkə Prezidenti cənab İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafının mühüm "yol xəritəsi" olmaqla onun icrası üzrə ardıcıl tədbirlər davam etdirilir.

Fərmanla verilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturunun və maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tapşırıqların icrası üzrə əməli işlər görülür, xüsusilə özəl ekspertizanın yaradılması ilə bağlı bir çox normativ aktların layihələri hazırlanıb, zəruri təşkilati tədbirlər həyata keçirilib.

Eyni zamanda, geniş dinləyici auditoriyasına malik olan Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, tədris işinin ən müasir metodikalar və İKT-lər tətbiq olunmaqla təkmilləşdirilməsi, peşəkar təlimçilərin hazırlanması və təlimlərə beynəlxalq ekspertlərin cəlb olunması, video-konfrans vasitəsilə distant formada treninqlərin təşkili daim diqqətdə saxlanılıb, ötən il 4.300-dək ədliyyə işçisi, vəkillər, hakimlər, prokurorlar və digər hüquqşünaslar, habelə bələdiyyə üzvü və qulluqçuları icbari təlim, ixtisasartırma və peşə hazırlığı kurslarına cəlb olunublar.

Həmçinin Ədliyyə Akademiyasının maddi-texniki təminatının yaxşılaşdırılması, müasir iş şəraitinin yaradılması üzrə işlər görülür, o cümlədən praktiki təlimlərin keçirilməsi məqsədilə kriminalistika fəaliyyətinə dair avadanlıqla, kriminalistika elminin tarixinə aid əyani və digər vasitələrlə təchiz olunmuş yeni kriminalistik kabinet yaradılıb.

Ədliyyə naziri Fikrət Məmmədov görülən işlərlə və tədris prosesinin təşkili vəziyyəti ilə yerində tanış olmaq məqsədilə Ədliyyə Akademiyasına baş çəkib, hakimlərin və digər hüquqşünasların tədrisinə cəlb olunan təlimçilərlə maraqlanıb, dövlət başçısının məhkəmə hakimiyyətinə ictimai etimadın gücləndirilməsi və şəffaflığın artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq məhkəmələrdə media ilə işləyəcək yeni spiker-hakimlərin təliminə dəvət olunmuş nüfuzlu beynəlxalq media eksperti, professor Joan Barata Mir ilə görüşüb, faydalı fikir mübadiləsi aparılıb.

Həmçinin Akademiyada yeni kriminalistik kabinet ilə tanış olunaraq onun hüquqşünasların nəzəri bilik və peşə hazırlığının yüksəldilməsində və praktiki vərdişlərin aşılanmasında əhəmiyyəti qeyd olunub, müvafiq tapşırıqlar verilib.

Bununla yanaşı, Akademiyada əhalinin aztəminatlı təbəqəsinə ödənişsiz hüquqi yardım göstərən Hüquq Klinikasının işi ilə maraqlanılıb. Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov ötən il 630-a yaxın şəxsə pulsuz hüquqi yardım göstərildiyini, Vəkillər Kollegiyası ilə vəkilliyə namizədlərin icbari təlimi və hüquqi xidmətlərin göstərilməsi sahəsində səmərəli əməkdaşlıqda klinikanın fəaliyyətinə vəkillərin cəlb edildiyini qeyd edib.

Nazir bu sahədə işin səmərəliliyinin artırılması, Vəkillər Kollegiyasının yeni yaradılmış Hüquqi Yardım və Tədris Mərkəzi ilə qarşılıqlı fəaliyyətin genişləndirilməsi ilə bağlı tapşırıqlar verib, yenidənqurmadan və əsaslı təmirdən sonra yeni istifadəyə verilmiş həmin Mərkəzə baş çəkərək onun fəaliyyəti və müasir iş şəraiti ilə tanış olub.

Tanışlıq zamanı Vəkillər Kollegiyasının sədri Anar Bağırov ölkə Prezidentinin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 22.02.2018-ci il tarixli Sərəncamının icrası çərçivəsində yaradılmış Hüquqi Yardım və Tədris Mərkəzinin fəaliyyəti barədə məlumat verib.

Ölkəmizdə vəkillik institutunun inkişafına dövlət başçısı tərəfindən daim qayğı ilə yanaşıldığını vurğulayan ədliyyə naziri məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair ölkə Prezidentinin mühüm Fərmanının, həmçinin vəkillik fəaliyyətinin təkmilləşdirilməsinə yönəldiyini qeyd edib, vətəndaşların hüquqlarının etibarlı qorunması, keyfiyyətli hüquqi yardımın göstərilməsi sahəsində kollektivə uğurlu fəaliyyət arzulayıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez