Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulub

Dövlət gənclər siyasətinə uyğun olaraq Ədliyyə Nazirliyinin kadr korpusunun yeni nəsil gənc mütəxəssislərlə möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, aşkarlıq şəraitində açıq müsabiqələr keçirilir.

Həmçinin ölkə gənclərini bu orqanlarda işləməyə daha da həvəsləndirmək, məşğulluğunun təmin olunmasına şərait yaratmaq və kadr ehtiyatını formalaşdırmaq məqsədilə könüllülük institutu geniş təşviq olunur.

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, Nazirliyin yerli icra və probasiya, həmçinin qeydiyyat qurumlarında (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant ştat vahidlərinin hazırlıqlı hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə elan edilmiş və davamlı xarakter daşıyan növbəti müsabiqə üzrə ilk qrup namizədlərlə kompüter vasitəsilə keçirilmiş test imtahanından uğur qazanmış 35 hüquqşünasla ikinci mərhələdə aşkarlıq şəraitində fərdi qaydada söhbət aparılıb.

Qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi bu mərhələdə 18 nəfər zəruri keçid balı toplayaraq müsabiqədən keçib və Müsabiqə Komissiyası tərəfindən həmin namizədlərin fevral ayının 17-dən etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilib.

Təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən hüquqşünaslara peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə verilməklə onların ədliyyə orqanlarına qulluğa qəbul məsələsi həll olunacaqdır.

İcbari təlimdə iştirakla bağlı namizədlər 17.02.2020-ci il tarixdə saat 10.00-da Akademiyada olmalıdırlar (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).

Müsabiqədən keçərək icbari təlimə cəlb olunan namizədlərin siyahısı:

1. Bünyatova Vüsalə Əbülfəz qızı

2. Cəfərli Babək Bəhram oğlu

3. Cəfərov Vüsal Suliddin oğlu

4. Dəmirçili İsgəndər Arif oğlu

5. Hacıyev Məhərrəm Durdağ oğlu

6. Heydərova Gülşən Şahvələd qızı

7. İsgəndərov Anar Rövşən oğlu

8. Kazımlı Araz Osman oğlu

9. Mahayev Yaşar Muhuma oğlu

10. Məmmədov Şahin Vəli oğlu

11. Məmmədova Zərifə Polad qızı

12. Mirhüseynov Taleh Fikrət oğlu

13. Nağıyeva Mahru Vahid qızı

14. Nəsibova Turanə Etibar qızı

15. Rafailzadə Elvin Əvəzağa oğlu

16. Salmanov Cəlal Bilal oğlu

17. Salmanov Rəşad Çingiz oğlu

18. Vəli-zadə Əlövsət Qədim oğlu

Eyni zamanda Müsabiqə Komissiyası bir daha xatırladır ki, hazırda Nazirliyin bölgələrdəki yerli qurumlarında işləmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşlarının ərizələrinin qəbulu davam edir və müvafiq sayda növbəti namizəd qrupu formalaşdıqdan sonra Dövlət İmtahan Mərkəzi ilə birlikdə onlarla kompüter vasitəsilə test imtahanı keçiriləcəkdir.

Aidiyyəti məsələlərlə əlaqədar Nazirliyə müraciət edilə bilər (Bakı şəhəri, İnşaatçılar prospekti 1, telefon: 538-01-62, 538-08-85, elektron poçt: (contact@justice.gov.az).


iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez