14-07-2010 | 04:02 880
İyulun 14-də ədliyyə nazirinin müavini Toğrul Musayev Yunanıstanın Azərbaycandakı səfiri İonannis Metaksası onun xahişi ilə qəbul etmişdir.
Görüşdə dövlətlərimiz arasında ikitərəfli münasibətlərin inkişafını qeyd edən nazir müavini hüquqi sahədə, o cümlədən Afinada fəaliyyət göstərən Avropa Ümumi Hüquq Təşkilatı ilə respublikamızın Ədliyyə Nazirliyi arasında sıx əməkdaşlığ ı vurğulamış, Təşkilatla birgə «Azərbaycanda qanunun aliliyi üzrə hüquqşünasların tədrisi və hüquqi islahatlara dəstək» adlı layihənin uğurla həyata keçirildiyini bildirmiş, hakimlər, hakimliyə namizədlər və ədliyyə işçiləri üçün müxtəlif mövzularda təlim kurslarının keçirildiyi, geniş təcrübə mübadiləsinin aparıldığı təqdir olunmuşdur.
Yunanıstanın Azərbaycanla hərtərəfli əlaqələrinin genişlənməsini məmnunluqla qeyd edən səfir Avropa Ümumi Hüquq Mərkəzində ölkəmizin təmsilçiliyini yüksək qiymətləndirmiş, yeni status almış bu qurumla əməkdaşlığın perspektivlərini müzakirə edərək, gələcəkdə də Azərbaycanın təşkilatın inkişafına dəyərli töhfələr verəcəyini bildirmişdir.
Görüşdən sonra qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuş, xatirə kitabına ürək sözlərini yazmışdır.