IMAGE

"Uşaqların ədalət mühakiməsinə çıxışı" mövzusunda regional konfrans keçirilib

UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin , Bosniya və Herseqovina Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə fevralın 25-27-də Sarayevo şəhərində "Uşaqların ədalət mühakiməsinə çıxışı" mövzusunda regional konfrans keçirilib.

20-dən çox dövlətdən ədliyyə və sosial təminat üzrə nazirliklərinin, milli insan hüquqları təsisatlarının, QHT-lərin və akademik dairələrin 200-ə yaxın nümayəndəsinin bir araya gəldiyi tədbirdə ölkəmizin Ədliyyə Nazirliyinin nümayəndə heyəti iştirak edib. Tədbirə həmçinin, UNİCEF-in Azərbaycandakı Ofisinin və QHT nümayəndələri qatılıblar.

Konfransın açılışında Bosniya və Herseqovinanın ədliyyə naziri Josip Grubesa, UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktorunun müavini Filip Kori və digər rəsmi şəxslər çıxış ediblər. Plenar və panel sessiyalarla keçirilən tədbirdə uşaqların hüquqlarının qorunması və onların məhkəmə proseslərində iştirakının asanlaşdırılması, uşaqlar üçün ədalət mühakiməsinə əlçatanlığının gücləndirilməsi və s. məsələlər müzakirə olunub.

Müzakirələrdə nümayəndə heyətimiz tərəfindən cəmiyyətimizin həssas təbəqəsi olan uşaqların müdafiəsinin Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən olduğu vurğulanıb, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən tədbirlər, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, yuvenal ədliyyə institutunun tətbiqi və inkişafı üzrə görülən işlər barədə məlumat verilib, UNİCEF-lə səmərəli əməkdaşlıq, o cümlədən bu qurumun Ədliyyə və Daxili İşlər nazirlikləri ilə birgə yuvenal ədliyyə sahəsində layihənin uğurla həyata keçirilməsi qeyd olunub.

Tədbir çərçivəsində nümayəndə heyətimiz tərəfindən Bosniya və Herseqovinanın həmkarları ilə görüşülərək ədliyyə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. 

***

Ədliyyə Nazirliyinin nümayəndələri Sarayevoda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yenidən qurulmuş "Dostluq parkı"nda ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət edərək, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez