İctimai Komitənin yeni tərkibi formalaşdırıldı

Ölkəmizdə penitensiar xidmətin təkmilləşdirilməsinə, məhkumların hüquqlarının etibarlı təmin olunmasına, penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsinə xüsusi önəm verilir.

Bu məqsədlə 2007-ci ildən ikinci tərkibi formalaşdırılaraq fəaliyyətini davam etdirən İctimai Komitə ötən dövrdə müxtəlif cəzaçəkmə müəssisələrinə 90-dan artıq başçəkmə həyata keçirmiş, məhkumların saxlanma şəraitinin, tibbi-sanitariya təminatının yaxşılaşdırılmasına, onların ictimai faydalı əməyə cəlb olunmasına, asudə vaxtının səmərəli təşkilinə və digər məsələlərə diqqət yetirmişdir. Qeyd olunmalıdır ki, başçəkmələrin nəticələri üzrə hesabatlar Ədliyyə Nazirliyinə təqdim olunmuş, ictimaiyyətə müvafiq açıqlamalar verilmişdir.

Bir illik səlahiyyət müddəti başa çatmış İctimai Komitənin fəaliyyətinin qiymətləndirilməsi, habelə qurumun yeni tərkibinin formalaşdırılması məqsədilə bu il noyabrın 11-də tərkibi millət vəkillərindən, nüfuzlu ijtimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti qurumların təmsilçilərindən ibarət olan Seçki Komissiyasının iclası keçirilmişdir.

İclasda İctimai Komitənin qarşısında mühüm vəzifələrin durduğu vurğulanmış, qarşılıqlı dialoq və əməkdaşlıq şəraitində vətəndaş cəmiyyəti və dövlət orqanları nümayəndələrinin birgə səyləri təqdir edilmişdir.

Komissiyanın iclasında İctimai Komitənin ikinci tərkibi tərəfindən bir il ərzində görülən işlər haqqında məruzə dinlənilmiş, aparılmış monitorinqlərin daha müntəzəm xarakter alması, qurumun müsbət təcrübəsi həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmadığı, bütövlükdə fəaliyyətinin qənaətbəxş olduğu qeyd edilmişdir.

Tədbirdə Komitə üzvlərinin fəaliyyətinin nəticələri qiymətləndirilmiş və təhlillər aparılmış, qurumun işində iştirak etmək arzusunda olan qeyri-hökumət təşkilatlarının Seçki Komissiyasına təqdim etdiyi proqram və təkliflərinə baxılmış, Komitənin yeni tərkibi formalaşdırılmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez